Yuxarı

​Türkiyə və Rusiya xarici işlər nazirlikləri səviyyəsində məsləhətləşmələr keçirildi

Məsləhətləşmələr zamanı Suriyadakı vəziyyətlə əlaqədar fikir mübadiləsi aparılıb

Bakı. 23 dekabr. REPORT.AZ/ Moskvada Türkiyə və Rusiya xarici işlər nazirlikləri səviyyəsində yaxın şərqdəki vəziyyətlə əlaqədar məsləhətləşmələrin növbəti raundu keçirilib. Görüşdə Yaxın şərq və Afrika ölkələri üzrə prezidentin xüsusi nümayəndəsi, Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov və Türkiyə xarici işlər nazirinin I müavini Feridun Sinirlioğlu iştirak ediblər. Bu haqda "Report" Rusiya XİN-nə  istinadən xəbər verir.

Məsləhətləşmələr zamanı regionda baş verən son hadisələr və Suriyadakı vəziyyətlə əlaqədar hərtərəfli fikir mübadiləsi aparılıb. Burada, həmçinin humanitar məsələlər və "İslam dövləti (İŞİD)" qruplaşması tərəfindən mümkün ola biləcək terror təhlükəsi ilə mübarizə məsələləri də müzakirə olunub. Məsləhətləşmələr zamanı Fələstin-İsrail problemi, Afrikanın şimalındakı, xüsusilə də, Liviyadakı vəziyyət də müzakirə obyekti olub.

Məsləhətləşmələrin nəticəsi olaraq, bu kimi görüşlərin keçirilməsinin vacibliyi qeyd olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi