​Türkiyə və Rusiya xarici işlər nazirlikləri səviyyəsində məsləhətləşmələr keçirildi

​Türkiyə və Rusiya xarici işlər nazirlikləri səviyyəsində məsləhətləşmələr keçirildi Məsləhətləşmələr zamanı Suriyadakı vəziyyətlə əlaqədar fikir mübadiləsi aparılıb
Region
23 Dekabr , 2014 11:12
​Türkiyə və Rusiya xarici işlər nazirlikləri səviyyəsində məsləhətləşmələr keçirildi

Bakı. 23 dekabr. REPORT.AZ/ Moskvada Türkiyə və Rusiya xarici işlər nazirlikləri səviyyəsində yaxın şərqdəki vəziyyətlə əlaqədar məsləhətləşmələrin növbəti raundu keçirilib. Görüşdə Yaxın şərq və Afrika ölkələri üzrə prezidentin xüsusi nümayəndəsi, Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov və Türkiyə xarici işlər nazirinin I müavini Feridun Sinirlioğlu iştirak ediblər. Bu haqda "Report" Rusiya XİN-nə  istinadən xəbər verir.

Məsləhətləşmələr zamanı regionda baş verən son hadisələr və Suriyadakı vəziyyətlə əlaqədar hərtərəfli fikir mübadiləsi aparılıb. Burada, həmçinin humanitar məsələlər və "İslam dövləti (İŞİD)" qruplaşması tərəfindən mümkün ola biləcək terror təhlükəsi ilə mübarizə məsələləri də müzakirə olunub. Məsləhətləşmələr zamanı Fələstin-İsrail problemi, Afrikanın şimalındakı, xüsusilə də, Liviyadakı vəziyyət də müzakirə obyekti olub.

Məsləhətləşmələrin nəticəsi olaraq, bu kimi görüşlərin keçirilməsinin vacibliyi qeyd olunub.

Son xəbərlər

Orphus sistemi