Türkiyə və ABŞ Fətullah Gülənin ekstradisiyasını müzakirə edib

Türkiyə və ABŞ Fətullah Gülənin ekstradisiyasını müzakirə edib Mövlud Çavuşoğlu ilə Con Kerri arasında telefon danışığı olub
Region
16 Avqust , 2016 18:43
Türkiyə və ABŞ Fətullah Gülənin ekstradisiyasını müzakirə edib

Bakı. 16 avqust. REPORT.AZ/ Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə ABŞ dövlət katibi Con Kerri arasında telefon danışığı olub. 

"Report" "Habertürk"ə istinadən xəbər verir ki, tərəflər hazırda ABŞ-da yaşayan Fətullahçı terror təşkilatının (FETÖ) başçısı Fətullah Gülənin Türkiyəyə ekstradisiyası məsələsini müzakirə ediblər. 

Məlumata görə, telefon söhbəti zamanı həmçinin ABŞ-ın vitse-prezidenti Co Baydenin Ankaraya gözlənilən səfəri və Suriya ilə bağlı fikir mübadiləsi aparılıb. 

Qeyd edək ki, Türkiyədə dövlət çevrilişi cəhdindən sonra Con Kerrinin Türkiyəyə səfəri gözlənilsə də, ancaq ABŞ tərəfi Co Baydenin Ankaraya gələcəyini bildirib.

Son xəbərlər

Orphus sistemi