Yuxarı

Türkiyə və ABŞ prezidentləri Suriyadakı vəziyyəti müzakirə ediblər

Bakı. 14 dekabr. REPORT.AZ/ Türkiyə və ABŞ prezidentləri - Rəcəb Tayyib Ərdoğanla Donald Tramp arasında telefon danışığı olub. 

“Report” "Anadolu"ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyası məlumat yayıb. 

Bildirilib ki, tərəflər Suriyadakı son vəziyyəti müzakirə ediblər: “Danışıqlar zamanı tərəflər təhlükəsizlik və terrorla mübarizə məsələlərini, habelə Suriyadakı son vəziyyəti müzakirə ediblər. Həmçinin Suriyada daha yaxından əməkdaşlıq etmək barədə razılığa gəlinib”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi