Türkiyə Tbilisinin mərkəzində 100 min dollarlıq layihə həyata keçirəcək

Türkiyə Tbilisinin mərkəzində 100 min dollarlıq layihə həyata keçirəcək Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) Gürcüstanın paytaxtı Tbilisidə şəhər meriyası ilə əməkdaşlıq çərçivəsində fiziki məhdudiyyətli şəxslər üçün layihə həyata keçirəcək.
Region
29 May , 2019 14:26
Türkiyə Tbilisinin mərkəzində 100 min dollarlıq layihə həyata keçirəcək

Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) Gürcüstanın paytaxtı Tbilisidə şəhər meriyası ilə əməkdaşlıq çərçivəsində fiziki məhdudiyyətli şəxslər üçün layihə həyata keçirəcək.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Türkiyənin Gürcüstandakı səfirliyi məlumat yayıb.

Layihə çərçivəsində Tbilisinin mərkəzindəki Melikişvili küçəsi, Rustaveli prospekti və Azadlıq meydanında yerləşən yeraltı keçidlərdə 6 xüsusi lift (platforma) quraşdırılacaq.

Ümumi dəyəri 100 min ABŞ dolları olan layihənin məqsədi fiziki məhdudiyyətli şəxslərin şəhərin sıx məskunlaşmış yerlərində asan və rahat hərəkət etməsini təmin etməkdir.

Son xəbərlər

Orphus sistemi