Yuxarı
    Bağlamaq

    Türkiyə Rusiya ilə viza rejiminin ləğv olunması gözləyir

    Görüşlərdə iki ölkə arasında viza rejiminin ləğv edilməsi ən böyük gözləntimizdir

    Bakı. 5 dekabr. REPORT.AZ/ Rusiya ilə viza rejiminin ləğv olunması Ankaranın ən böyük gözləntisidir. “Report” RİA Novostiyə istinadən xəbər verir ki, bu barədə Moskvaya işgüzar səfərindən qabaq Türkiyənin baş naziri Binəli Yıldırın bildirib.

    "Bu, Şimali Kipr və Azərbaycana olan ənənəvi səfərlərdən sonra xaricə ilk səfərimdir. Biz Rusiya baş naziri Dmitriy Medvedevlə, prezident Vladimir Putinlə və Federasiya Şurasının rəhbəri Valentin Matvienko ilə görüşlər keçirəcik. Moskvadan sonra Kazan şəhərini ziyarət edəcik və Tatarstan prezidenti Rüstəm Minnixanovla görüşəcik. Görüşlərdə iki ölkə arasında viza rejiminin ləğv edilməsi ən böyük gözləntimizdir”, - Binəli Yıldırım Ankara aeroportunda jurnalistlərə bildirib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi