Yuxarı

​Türkiyə prezidentinin baş müşaviri istefa verib

O, əvvəllər keçmiş baş nazirin çıxışlarını da yazıb

Bakı. 30 yanvar. REPORT.AZ/ Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğanın baş müşaviri Aydın Ünal istefa verib.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, Aydın Ünal prezident Ərdoğanın komandasında fəaliyyət göstərib. Baş nazir olandan indiyə kimi onun çıxışlarının hamısını A.Ünal imzalayıb. O, prezidentin çıxışlarının mətnlərini yazan 7 nəfərlik qrupa başçılıq edib.

Məlumata əsasən, A.Ünal bu il iynun 7-də keçiriləcək parlament seçkilərində namizədliyini irəli sürmək niyyətində olduğu üçün bu addımı atıb.

Prezidentin çıxışlarını yazan qrupa bundan sonra Hamdi Kılıc rəhbərlik edəcək. O, əvvəllər Milliyətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalı və keçmiş baş nazir Məsut Yılmazın çıxışlarını da yazıb.

Türkiyə Mərkəzi Seçki Komissiyasının seçki təqviminə görə, namizəd olmaq istəyənlər fevralın 10-dək vəzifələrindən istefa verməlidir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi