Yuxarı
    Bağlamaq

    Türkiyə prezidenti Vaşinqtonda səfərdədir

    Rəcəb Tayyib Ərdoğan Endryus hava bazasından Bler Haus prezident iqamətgahına yollanıb

    Bakı. 16 may. REPORT.AZ/ Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın paytaxtı Vaşinqtonda səfərdədir.

    "Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, "Endryus" hava bazasında Türkiyənin dövlət başçısını ABŞ-ın Protokol xidmətinin nümayəndəsi Rozmari Pauli və Türkiyənin Birləşmiş Ştatlardakı səfiri Sərdar Kılıç qarşılayıb.

    Səfər zamanı Türkiyə prezidentini həyat yoldaşı Əminə Ərdoğan, ədliyyə naziri Bəkir Bozdağ, xarici işlər naziri Mövlud Çavuşoğlu, iqtisadiyyat naziri Nihat Zeybekçi, energetika və təbii resurslar naziri Berat Albayrak və milli müdafiə naziri Fikri İşık müşayiət edirlər.

    Türkiyə prezidenti həyat yoldaşı ilə birgə Bler Haus prezident iqamətgahına yollanıb.

    Səfər çərçivəsində Türkiyə və ABŞ prezidentlərinin görüşü nəzərdə tutulub. Bundan başqa, R.T.Ərdoğan biznes cəmiyyətinin nümayəndələri, ekspertlər və QHT rəhbərləri ilə görüşəcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi