Türkiyə prezidenti Özbəkistanda səfərdədir

Türkiyə prezidenti Özbəkistanda səfərdədir Türkiyə və Özbəkistan dövlət başçıları gələcək əməkdaşlığın inkişaf perspektivlərini müzakirə edəcəklər
Region
18 Noyabr , 2016 09:42
Türkiyə prezidenti Özbəkistanda səfərdədir

Bakı. 18 noyabr. REPORT.AZ/ Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dünən gecə Özbəkistana səfər edib.

Bu barədə "Report" RİA "Novosti"yə istinadən xəbər verir.

"Səmərqənd Beynəlxalq Hava Limanında ali qonağı Özbəkistan baş nazirinin müavini Adham İkramov qarşılayıb. Səfərin əsas tədbirləri noyabr ayının 18-nə planlaşdırılıb", - Özbəkistan liderinin mətbuat xidmətinin məlumatında bildirilib.

Mətbuat xidmətinin məlumatına görə, R.T.Ərdoğan Özbəkistanın ilk prezidenti İslam Kərimovun məzarını ziyarət edəcək və onun xatirəsini yad edəcək.

"Özbəkistan prezidenti vəzifələrini icra edən Şavkat Mirziyoyev və Rəcəb Tayyib Ərdoğan arasında keçiriləcək görüş zamanı Özbəkistan və Türkiyə arasında əməkdaşlığın hazırkı vəziyyəti və gələcək əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunacaq, tərəfləri maraqlandıran aktual regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılacaq", - mətbuat xidmətindən bildiriblər.

Son xəbərlər

Orphus sistemi