Yuxarı

CHP: "Görüş gələcəkdə Türkiyədə normal siyasətin aparılması baxımından faydalı oldu" - YENİLƏNİB

Türkiyə prezidentinin iqtidar və müxalifət partiyalarının sədrləri ilə görüşü başa çatıb

İlk xəbər 15:59-də verilib

Bakı. 25 iyul. REPORT.AZ/ Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ölkənin iqtidar və müxalifət partiyalarının sədrləri ilə görüşü başa çatıb. 

"Report" "Anadolu"ya istinadən xəbər verir ki, Beştəpədəki prezident iqamətgahında keçirilən görüşdə Ədalət və İnkişaf Partiyasının sdəri, baş nazir Binəli Yıldırım, Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu və Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalı iştirak edib. 

Xalqların Demokratik Partiyasının (HDP) həmsədrləri görüşə qatılmayıblar. 

Görüşdə məqsəd CHP və MHP sədrlərinə dövlət çevrilişi cəhdi ilə bağlı nümayiş etdirdiyi mövqelərinə görə təşəkkür etmək və təkliflərini dinləmək olub. 

Görüş 2 saat 40 dəqiqə çəkib. 

CHP-nin yaydığı açıqlamada görüşün gələcəkdə Türkiyədə normal siyasətin aparılması və qarşıda atılacaq addımlar baxımından faydalı olduğu bildirilib.

Qeyd edək ki, bu, Ərdoğanın Türkiyə prezidenti seçildikdən sonra müxalifət liderlərinin Beştəpədəki iqamətgahda ilk dəfə qəbulu, eyni zamanda üç partiyanın bir araya gəlməsidir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi