Yuri Uşakov: "Türkiyə prezidenti Bəşşar Əsədin devrilməsi ilə bağlı söylədiklərinə aydınlıq gətirib"

Yuri Uşakov: "Türkiyə prezidenti Bəşşar Əsədin devrilməsi ilə bağlı söylədiklərinə aydınlıq gətirib" "Vladimir Putin Rəcəb Tayyib Ərdoğanla telefonla danışıb və bu mövzuya toxunublar"
Region
1 Dekabr , 2016 13:15
Yuri Uşakov: Türkiyə prezidenti Bəşşar Əsədin devrilməsi ilə bağlı söylədiklərinə aydınlıq gətirib

Bakı. 1 dekabr. REPORT.AZ/ “Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya prezidenti Vladimir Putinlə ötən gecəki telefon danışığı zamanı Bəşşar Əsədin devrilməsi ilə bağlı söylədiklərinə aydınlıq gətirib”.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin köməkçisi Yuri Uşakov jurnalistlərin suallarını cavablandırarkən bildirib.

“Ancaq onu deyə bilərəm ki, Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla telefonla danışıb və bu mövzuya toxunublar. Bəli, Ərdoğan uyğun açıqlama verib”, - deyə Y.Uşakov vurğulayıb.

Qeyd edək ki, R.T.Ərdoğanla V.Putin arasında telefon danışığı olub. Dövlət başçıları Suriyadakı məsələni müzakirə ediblər.

Xatırladaq ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda Qüds uğrunda Parlamentarlar Liqasının Birinci İllik Konfransındakı çıxışında bildirmişdi: “Biz başqa məqsədlə deyil, dövlət terroru həyata keçirən zalım Bəşşar Əsədin hökmranlığına son qoymaq üçün Suriyaya girmişik”.

Son xəbərlər

Orphus sistemi