Yuxarı

Türkiyə polisi terrorçuluqda şübhəli bilinən Rusiya vətəndaşını sərbəst buraxıb

Türkiyə polisi terrorçuluqda şübhəli bilinən Rusiya vətəndaşını sərbəst buraxıb
Aydar Süleymanov Antalya polisi tərəfindən keçirilən antiterror əməliyyatı zamanı saxlanılmışdı

Bakı. 15 yanvar. REPORT.AZ/ Terrorçu İŞİD qruplaşması ilə əlaqədə şübhəli bilinərək, Türkiyədə tutulan Rusiya vətəndaşı Aydar Süleymanov sərbəst buraxılıb.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Türkiyənin Antalya şəhər polisi bildirib.

Məlumata görə, A.Süleymanov bu həftə Antalya polisi tərəfindən keçirilən antiterror əməliyyatı zamanı saxlanılmışdı. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi