Bakı. 15 yanvar. REPORT.AZ/ Terrorçu İŞİD qruplaşması ilə əlaqədə şübhəli bilinərək, Türkiyədə tutulan Rusiya vətəndaşı Aydar Süleymanov sərbəst buraxılıb.
"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Türkiyənin Antalya şəhər polisi bildirib.
Məlumata görə, A.Süleymanov bu həftə Antalya polisi tərəfindən keçirilən antiterror əməliyyatı zamanı saxlanılmışdı.