Türkiyə paytaxtının simvolu sayılan meydanın adı dəyişdirilir

Türkiyə paytaxtının simvolu sayılan meydanın adı dəyişdirilir Ərazidə şəhidlərin xatirəsinin əbədiləşdirilməsi üçün abidə qoyulacaq
Region
26 İyul , 2016 17:03
Türkiyə paytaxtının simvolu sayılan meydanın adı dəyişdirilir

Bakı. 26 iyul. REPORT.AZ/ Türkiyənin paytaxtı Ankara şəhərinin simvolu sayılan meydanın adı dəyişdirilir. 

"Report" "Milliyet"ə istinadən xəbər verir ki, 1929-cu ildən bəri Qızılay meydanı kimi tanınan ərazi 15 iyul Qızılay demokratiya meydanı adlandırılacaq. 

Qızılay meydanı Ankaranın mərkəzi sayılır və adını 1929-cu ildə inşa edilən, lakin bu gün mövcud olmayan Qızılayın mərkəzi binasından alır.

Bundan əlavə, Türkiyə Böyük Millət Məclisinin (TBMM) qarşısındakı Silahlı Qüvvələrin Baş Qərargah qovşağının adı 15 iyul şəhidlər meydanı olacaq. 

Ankara Böyükşəhər Bələdiyyəsinin sədri Məlih Gökçək isə hər iki ərazidə şəhidlərin xatirəsinin əbədiləşdirilməsi üçün abidə qoyulması barədə qərar verdiklərini bildirib. 

Son xəbərlər

Orphus sistemi