Yuxarı
    Bağlamaq

    Türkiyə parlamenti ölkədə fövqəladə vəziyyət rejiminin daha üç ay uzadılmasına qərar verib

    Qərar aprelin 19-da yerli vaxtla saat 01:00-da qüvvəyə minəcək

    Bakı. 18 aprel. REPORT.AZ/ Türkiyə Böyük Millət Məclisi (TBMM) ölkədə fövqəladə vəziyyət rejiminin daha üç ay müddətinə uzadılması haqqında qərar qəbul edib. 

    "Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, qərar aprelin 19-da yerli vaxtla saat 01:00-da qüvvəyə minəcək və fövqəladə vəziyyət rejimi ölkə ərazisində iyulun 19-dək davam edəcək.

    Qeyd edək ki, Türkiyədə fövqəladə vəziyyət rejimi ötən il iyulun 15-də baş vermiş dövlət çevrilişinə cəhddən sonra tətbiq edilib və daha sonra üç ay müddətinə uzadılıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi