Türkiyə parlamenti ölkədə fövqəladə vəziyyət rejiminin daha üç ay uzadılmasına qərar verib

Türkiyə parlamenti ölkədə fövqəladə vəziyyət rejiminin daha üç ay uzadılmasına qərar verib Qərar aprelin 19-da yerli vaxtla saat 01:00-da qüvvəyə minəcək
Region
18 Aprel , 2017 20:20
Türkiyə parlamenti ölkədə fövqəladə vəziyyət rejiminin daha üç ay uzadılmasına qərar verib

Bakı. 18 aprel. REPORT.AZ/ Türkiyə Böyük Millət Məclisi (TBMM) ölkədə fövqəladə vəziyyət rejiminin daha üç ay müddətinə uzadılması haqqında qərar qəbul edib. 

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, qərar aprelin 19-da yerli vaxtla saat 01:00-da qüvvəyə minəcək və fövqəladə vəziyyət rejimi ölkə ərazisində iyulun 19-dək davam edəcək.

Qeyd edək ki, Türkiyədə fövqəladə vəziyyət rejimi ötən il iyulun 15-də baş vermiş dövlət çevrilişinə cəhddən sonra tətbiq edilib və daha sonra üç ay müddətinə uzadılıb.

Son xəbərlər

Orphus sistemi