Türkiyə parlamenti fövqəladə vəziyyət rejimini daha üç ay müddətinə uzadıb

Türkiyə parlamenti fövqəladə vəziyyət rejimini daha üç ay müddətinə uzadıb Qərar oktyabrın 19-da Bakı vaxtı ilə saat 02:00-da qüvvəyə minəcək
Region
17 Oktyabr , 2017 20:50
Türkiyə parlamenti fövqəladə vəziyyət rejimini daha üç ay müddətinə uzadıb

Bakı. 17 oktyabr. REPORT.AZ/ Türkiyə parlamenti fövqəladə vəziyyət rejiminin daha üç ay müddətinə uzadılması barədə qərar çıxarıb. 

"Report" "Hürriyet"ə istinadən xəbər verir ki, Nazirlər Kabinetinin bununla bağlı Türkiyə Böyük Millət Məclisinə (TBMM) oktyabrın 16-da təqdim etdiyi qanun layihəsi qəbul edilib. 

Qərar oktyabrın 19-da Bakı vaxtı ilə saat 02:00-da qüvvəyə minəcək və 2018-ci il yanvarın 19-dək davam edəcək. 

Qeyd edək ki, Türkiyədə fövqəladə vəziyyət rejimi 2016-cı il iyulun15-də dövlət çevrilişinə cəhddən sonra tətbiq olunub. 

Son xəbərlər

Orphus sistemi