Bakı. 17 oktyabr. REPORT.AZ/ Türkiyə parlamenti fövqəladə vəziyyət rejiminin daha üç ay müddətinə uzadılması barədə qərar çıxarıb.
"Report" "Hürriyet"ə istinadən xəbər verir ki, Nazirlər Kabinetinin bununla bağlı Türkiyə Böyük Millət Məclisinə (TBMM) oktyabrın 16-da təqdim etdiyi qanun layihəsi qəbul edilib.
Qərar oktyabrın 19-da Bakı vaxtı ilə saat 02:00-da qüvvəyə minəcək və 2018-ci il yanvarın 19-dək davam edəcək.
Qeyd edək ki, Türkiyədə fövqəladə vəziyyət rejimi 2016-cı il iyulun15-də dövlət çevrilişinə cəhddən sonra tətbiq olunub.