Yuxarı

Türkiyə ordusunun sərhədə yığdığı tankların, topların lüləsi və raketlər Suriya istiqamətinə yönəldilib

Bölgəyə 65 min hərbçi cəlb olunub

Bakı. 6 iyul. REPORT.AZ/ Türkiyə Silahlı Qüvvələrinin Kilis sərhəd bölgəsinə cəlb etidiy tankların, topların lüləsi və raketlər Suriya istiqamətinə yönəldilib.

"Report" xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.

Bildirilib ki, toplar İŞİD-in nəzarəti altında olan bölgəyə tuşlanıb. Türkiyədən-Suriyaya Suriyadan-Türkiyəyə keçmək istəyənlərə icazə verilmir. 

Xəbərə əsasən, pilotsuz uçan aparatlar sərhədboyu Suriyadakı hadisələri və vəziyyəti izləyir. Təhlükəsizlik qüvvələri sərhədə gecə-gündüz keşik çəkir.

Məlumatda qeyd olunub ki, 910 km-lik Türkiyə-Suriya sərhədində 317 sərhəd məntəqəsi fəaliyyət göstərir. Orada 65 min hərbçi vəzifəsini icra edir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi