​Türkiyə ilə Avropa İttifaqı arasında danışıqlar bərpa olunur

​Türkiyə ilə Avropa İttifaqı arasında danışıqlar bərpa olunur Mövlud Çavuşoğlu: "Avropa Komissiyası sədrinin müavini ilə görüşmək üçün Brüsselə gedəcəyik"
Region
23 İyun , 2016 16:14
​Türkiyə ilə Avropa İttifaqı arasında danışıqlar bərpa olunur

Bakı. 23 iyun. REPORT.AZ/ Türkiyə gələn həftə üzvülük və vizasız rejimlə bağlı Avropa İttifaqı ilə yeni danışıqlar aparacaq.

"Report" "France Press"ə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

Məlumata görə, M.Çavuşoğlu iyunun 30-da Avropa Komissiyası sədrinin müavini Frans Timmermansla görüşəcəyini deyib. Görüşdə Türkiyənin Avropa İttifaqı üzrə naziri Ömər Çelik və ədliyyə naziri Bəkir Bozdağ da iştirak edəcək.

"Biz Avropa Komissiyası sədrinin müavini ilə görüşmək üçün Brüsselə gedəcək və dayandırılan danışıqlar prosesini müzakirə edəcəyik. Avropa İttifaqı öz öhdəliyinə əməl edib, qərarını yerinə yetirməlidir", - deyə M.Çavuşoğlu vurğulayıb.

Son xəbərlər

Orphus sistemi