​Türkiyə hökumət başçısının erməni baş müşaviri Papanın çıxışına münasibət bildirib

​Türkiyə hökumət başçısının erməni baş müşaviri Papanın çıxışına münasibət bildirib Etyen Mahçupyan: "Vatikan çoxdan belə bir bəyanat verə bilərdi, ancaq bunu etmədi"
Region
15 Aprel , 2015 10:55
​Türkiyə hökumət başçısının erməni baş müşaviri Papanın çıxışına münasibət bildirib

Bakı. 15 aprel. REPORT.AZ/ "Bosniya və Afrikada yaşananların soyqırım olması qəbul edildiyi halda, ermənilərə qarşı edilənlərə soyqırım deməmək, məncə, mümkün deyil".

"Report" "haberkolaj" saytına istinadən xəbər verir ki, bunu Türkiyə baş nazirinin erməni əsilli baş müşaviri Etyen Mahçupyan söyləyib.

Katoliklərin dini lideri, Roma Papsı I Frantsiskin "20-ci əsrin ilk soyqırımına ermənilər məruz qalıb" bəyanatına Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və baş nazir Əhməd Davudoğlu münasibət bildirərkən "arxivlərin açılması və hadisələri tarixçilərin qiymətləndirməsinin vacibliyini" bir daha bəyan ediblər.

E.Mahçupyan isə Vatikan başçısının açıqlamasına belə münasibət bildirib: "Vatikan üzərindəki 100 illik psixoloji ağırlığı atıb. "Nədən 100 il sonra bu kəlməni işlətdi" deməkdənsə, əksinə, "illər uzunu bu məsələ niyə müqavimətlə üzləşdi" demək lazımdır. Vatikan çoxdan belə bir bəyanat verə bilərdi, ancaq bunu etmədi".

Roma Papasının çıxışında siyasi bir tərəf axtarmağa ehtiyac olmadığını deyən Türkiyə baş nazirinin baş müşaviri bildirib: "Həm ermənilər, həm də erməni olmayanlar üçün soyqırım kəlməsi siyasidən daha çox, psixoloji məna daşıyır. Bosniya və Afrikada yaşananların soyqırım olaraq qəbul edildiyi halda ermənilərə qarşı edilənlərə soyqırım deməmək, məncə, mümkün deyil. Əsas yaşananlarla üzləşməkdir. Önəmli olan yaşanmışlara baxıb, ondan birlikdə dərs alaraq birlikdə olmaqdır. Kəlmənin önəmi yoxdur. 100 il öncəyə birlikdə baxa bilmək önəmlidir. Bu gün burada yaşayanların biri-birini anlamaları, bir-birinə baxıb əl tuta bilməsi əsasdır".

Son xəbərlər

Orphus sistemi