Türkiyə hərbçiləri terrorçu PKK-nın 93 silahlısını zərərsizləşdirib

Türkiyə hərbçiləri terrorçu PKK-nın 93 silahlısını zərərsizləşdirib Zərərsizləşdirilən terrorçulardan 3-ü PKK-nın aparıcı dəstə başçılarından olub
Region
7 İyul , 2017 10:49
Türkiyə hərbçiləri terrorçu PKK-nın 93 silahlısını zərərsizləşdirib

Bakı. 7 iyul. REPORT.AZ/ Türkiyə Silahlı Qüvvələrinin iyunun 29-dan iyulun 6-dək, bir həftə ərzində keçirdiyi antiterror əməliyyatı nəticəsində terrorçu PKK-nın 93 silahlısı məhv edilib.

“Report” Haber7-yə istinadən xəbər verir ki, bu haqda Türkiyə Silahlı Qüvvələri Baş Qərargahı açıqlama yayıb.

Zərərsizləşdirilən terrorçulardan 3-ü PKK-nın aparıcı dəstə başçılarından olub.

Məlumata görə, əməliyyat nəticəsində 4 hərbçi şəhid olub, 10-u yaralanıb. 

Antiterror əməliyyatı nəticəsində terrorçuların sığınacaq yerləri dağıdılıb, onlara məxsus silah-sursat aşkarlanaraq, götürülüb.

Son xəbərlər

Orphus sistemi