Yuxarı

​Türkiyə hərbçiləri sərhəddə döşənən minaları təmizləmək üçün Suriyaya daxil olub

Suriyanın Cerablus rayonu Türkiyə ilə sərhəddə yerləşir

Bakı. 19 yanvar. REPORT.AZ/ Türkiyə Silahlı Qüvvələrinə məxsus texnika Suriya ilə sərhəddə yerləşən Karkamış sərhəd-buraxılış məntəqəsi ətrafına döşənən minaları təmizləmək üçün qonşu dövlətin ərazisinə keçib.

"Report" xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.

Məlumata görə, Türkiyə Silahlı Qüvvələrinə məxsus mina axtaran texnika yanvarın 19-da Türkiyənin Gaziantep əyalətinin Karkamış rayonuna, sərhəd xəttinə göndərilib. Bu texnika İŞİD-in nəzarəti altında olan Hələbin Cerablus rayonundakı sərhəddə döşənən minaları təmizləyəcək.

Qeyd edək ki, Suriyanın Cerablus rayonu Türkiyə ilə sərhəddə yerləşir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi