Türkiyə ordusu Suriyada İŞİD-in 1536 terrorçusunu məhv edib - YENİLƏNİB

Türkiyə ordusu Suriyada İŞİD-in 1536 terrorçusunu məhv edib - YENİLƏNİB “Fırat kalkanı” başlayandan bu günədək “PYD”-nin 306 silahlısı zərərsizləşdirilib
Region
6 Yanvar , 2017 12:44
Türkiyə ordusu Suriyada İŞİD-in 1536 terrorçusunu məhv edib - YENİLƏNİB

Bakı. 6 yanvar. REPORT.AZ/ Türkiyə ordusu “Fırat kalkanı” başlayandan bu günədək Suriyada İŞİD-in 1536 terrorçusunu məhv edib.  

"Report" "Habertürk"ə istinadən xəbər verir ki, bu müddət ərzində “PYD”-nin (terrorçu PKK qruplaşmasının Suriyadakı qolu) 306 silahlısı zərərsizləşdirilib. 

*** 10:58

Türkiyə Silahlı Qüvvələri “Fırat kalkan” (“Fərat qalxanı”) anti-terror əməliyyatı çərçivəsində Suriyada terrorçu İŞİD qruplaşmasının 32 silahlısını zərərsizləşdirib, 140 istehkam və sığınacağını məhv edib.

“Report” "Haber7"yə istinadən xəbər verir ki, məlumatı Türkiyə Silahlı Qüvvələri Baş Qərargahı yayıb.

İnformasiyaya əsasən, Bəşşar Əsəd rejiminə müxalif qüvvələrdən formalaşan Xüsusi Təyinatlı Güc Qrupları havadan endirilən zərbələrin dəstəyi ilə Suriyanın Əl-Bab şəhərinin terrorçulardan təmizlənməsi istiqamətində planlı fəaliyyətini davam etdirir.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələrinin Suriyada həyata keçirdiyi “Fırat kalkanı” əməliyyatı bu il avqustun 24-də başlayıb.

Son xəbərlər

Orphus sistemi