Yuxarı

Türkiyə ərazisinə daha bir pilotsuz uçan aparat düşüb - ƏLAVƏ OLUNUB

Təhlükəsizlik orqanları təcili əməliyyat keçirməyə başlayıb

Bakı. 20 oktyabr. REPORT.AZ/ Türkiyə-Suriya sərhədində daha bir pilotsuz uçan aparat (PUA) vurulub.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, PUA Türkiyənin Hatay bölgəsinin Kumlu rayonunun Gülova məhəlləsinə düşüb. Təhlükəsizlik orqanları təcili əməliyyat keçirməyə başlayıb.

Xatırladaq ki, oktyabrın 16-da Türkiyənin Hərbi Hava Qüvvələri Suriya ilə sərhədi keçən PUA-nı ölkənin hava məkanında vurmuşdu. Məlumata görə, həmin aparat Rusiyada istehsal olunub. Suriyanın Türkiyə ilə sərhədindəki əraziyə isə terrorçu PKK-nın qonşu ölkədəki qolu "PYD" nəzarət edir.

Türkiyə ərazisinə düşən PUA ilə bağlı məsələyə aydınlıq gətirilib. 

Rəsmi qurumlardan bildirilib ki, ABŞ-a istehsalı olan "Predator" PUA mühərriyindəki nasazlığa görə yerə düşüb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi