Bakı. 20 mart. REPORT.AZ/ Türkiyənin Daxili işlər naziri Efkan Ala bildirib ki, dünən səhər İstanbulda törədilən partlayışın təşkilatçısı - terrorçu İŞİD qruplaşmasıdır.
Bu barədə "Report" Türkiyənin "Milliyet" qəzetinə istinadən məlumat verib.
Nazirin sözlərinə görə, araşdırma nəticəsində məlum olub ki, terrorçu-kamikadze - 1992 təvəllüdlü Qazıantep şəhərinin sakini Mehmet Öztürktür.
"Əldə etdiyimiz məlumatlar onu deməyə əsas verir ki, Mehmet Öztürk bilavasitə İŞİD qruplaşması tərəfindən yönləndirilib", - deyə Efkan Ala qeyd edib.
Hadisə ilə bağlı beş nəfərin həbs olunduğu bildirilir.