Türkiyə baş nazirinin müavini: “ABŞ-ın yeni iqtidarından iki tələbimiz var”

Türkiyə baş nazirinin müavini: “ABŞ-ın yeni iqtidarından iki tələbimiz var” Numan Kurtulmuş: “Bu prosesdə Orta Şərqdə, həm də dünya siyasətində yeni yol xəritələrinin ortaya qoyulacağı gözlənilir”
Region
23 Yanvar , 2017 16:27
Türkiyə baş nazirinin müavini: “ABŞ-ın yeni iqtidarından iki tələbimiz var”

Bakı. 23 yanvar. REPORT.AZ/ “Türkiyə ilə ABŞ əlaqələrini yenidən gücləndirmək üçün Donald Tramp hakimiyyətinə 2 məsələ ətrafında baxışlarını yenidən nəzərdən keçirməyi məsləhət görürük”.

“Report” "Haber7"yə istinadən xəbər verir ki, bunu Türkiyə baş nazirinin müavini, hökumət sözçüsü Numan Kurtulmuş Nazirlər Kabinetinin toplantısında bildirib.

O, Suriya məsələsinin həllində Türkiyə, Rusiya, İran və ABŞ-ın əhəmiyyətli təsirinin olmasını arzuladıqlarını deyib: “Bu prosesdə həm Orta Şərqdə, həm də dünya siyasətində yeni yol xəritələrinin ortaya qoyulacağı gözlənilir. Bu çərçivədə xüsusilə Türkiyə ilə ABŞ əlaqələri baxımından keçmiş iqtidar tərəfindən edilən xətaların təkrarlanmayacağına ümid edirik. Türkiyə ilə ABŞ əlaqələrini yenidən gücləndirmək üçün Donald Tramp hakimiyyətinə 2 məsələ ətrafında baxışlarını yenidən nəzərdən keçirməyi məsləhət görürük. Bunlardan biri Fətullah Gülənin Türkiyəyə ekstradisiyası, o biri isə PYD-yə (terrorçu PKK-nın Suriyadakı qolu – “Report”) verilən dəstəyin dayandırılmasıdır. PYD-nin bölgədə sabitliyin pozulmasına bais olması açıq-aşkar görünür”.

Son xəbərlər

Orphus sistemi