Türkiyə baş nazirinin İraqa səfərinin tarixi açıqlanıb

Türkiyə baş nazirinin İraqa səfərinin tarixi açıqlanıb Səfər zamanı İraqın Başika bölgəsində Türkiyə hərbçilərinin qalmasının vacibliyinin müzakirə ediləcəyi gözlənilir
Region
10 Oktyabr , 2017 18:01
Türkiyə baş nazirinin İraqa səfərinin tarixi açıqlanıb

Bakı. 10 oktyabr. REPORT.AZ/ Türkiyənin baş naziri Binəli Yıldırım cari həftənin sonu İraqa səfər edəcək.

“Report” "Haber7"yə istinadən xəbər verir ki, bu səfərin oktyabrın 15-də gerçəkləşəcəyi gözlənilir.

B.Yıldırım səfər çərçivəsində İraqın baş naziri Heydər əl-İbadi ilə görüşəcək. Hər iki rəsminin İraqın şimalında keçirilən “referendum”dan sonrakı vəziyyəti, Başika bölgəsində Türkiyə hərbçilərinin qalmasının vacibliyini müzakirə edəcəkləri gözlənilir. 

Son xəbərlər

Orphus sistemi