Yuxarı
    Bağlamaq

    Türkiyə ABŞ-dan səsdən sürətli raket sistemi alır

    AMRAAM səsdən sürətli raket sistemidir və 1980-ci ilin sonunda ABŞ-da istehsal olunub

    Bakı. 29 dekabr. REPORT.AZ/ ABŞ-ın “Raytheon” silah ixracatçı şirkəti Türkiyə də daxil olmaqla 10 ölkəyə AMRAAM “Hava-hava” tipli raket sisteminin satılması ilə bağlı müqavilə imzalayıb.

    “Report” “Hürriyet”ə istinadən xəbər verir ki, bu haqda ABŞ-ın Müdafiə Nazirliyi məlumat yayıb.

    İnformasiyaya əsasən, həmin raketlər Türkiyə, Yaponiya, Cənubi Koreya, Mərakeş, Polşa, İndoneziya, Rumıniya, İspaniya, Bəhreyn və Qətərə satılacaq.

    AMRAAM səsdən sürətli raket sistemidir və 1980-ci ilin sonunda ABŞ-da istehsal olunub. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi