Yuxarı

​Trayan Besesku: "Moldova Rumıniya ilə birləşəcəyi halda Avropa İttifaqına üzv ola bilər"

Keçmiş prezident: Ölkənin əsas hədəfinin Avropa İttifaqına üzv olması və bunun üçün öhdəlik götürülməsi başlıca məqsəd ola bilməz

Bakı. 17 avqust. REPORT.AZ/ "Moldova yalnız Rumıniya ilə birləşəcəyi halda Avropa İttifaqına (Aİ - "Report") üzv ola bilər".

"Report" "TASS"a istinadən xəbər verir ki, bunu Rumıniyanın keçmiş prezidenti Trayan Besesku Xalq Hərəkatı Partiyasının qurultayındakı çıxışında bildirib.

Məlumata görə, o, Moldovanın keçmiş prezidentləri Vladimir Voronin, Mixayu Gimpu və indki dövlət başçısı Nikolau Timofti ilə görüşlərində bunu təklif etdiyini söyləyib.

O, Rumıniyanın indiki prezidenti Klaus İohannisi avrozonaya daxil olmaqla bağlı mövqeyini tənqid edib: "Bundan gülməli heç nə düşünmək olmazdı. Ölkənin əsas hədəfinin Avropa İttifaqına üzv olması və bunun üçün öhdəlik götürülməsi başlıca məqsəd ola bilməz. Ölkənin əsas hədəfi Rumıniya ilə Moldovanın birləşməsi olmalıdır".

Qeyd edək ki, Moldovanın yeni baş naziri Valeri Strelets Rumıniya ilə Moldovanın birləşməsinin çox bahalı iş olduğunu bildirib: "Rumıniya bizim başlıca himayəçimizdir. Hazırda nə Buxarest, nə də Kişineu dövlətlərin birləşməsini qarşısına məqsəd qoymayıb". 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi