​Trayan Besesku: "Moldova Rumıniya ilə birləşəcəyi halda Avropa İttifaqına üzv ola bilər"

​Trayan Besesku: "Moldova Rumıniya ilə birləşəcəyi halda Avropa İttifaqına üzv ola bilər" Keçmiş prezident: "Ölkənin əsas hədəfinin Avropa İttifaqına üzv olması və bunun üçün öhdəlik götürülməsi başlıca məqsəd ola bilməz"
Region
17 Avqust , 2015 19:45
​Trayan Besesku: Moldova Rumıniya ilə birləşəcəyi halda Avropa İttifaqına üzv ola bilər

Bakı. 17 avqust. REPORT.AZ/ "Moldova yalnız Rumıniya ilə birləşəcəyi halda Avropa İttifaqına (Aİ - "Report") üzv ola bilər".

"Report" "TASS"a istinadən xəbər verir ki, bunu Rumıniyanın keçmiş prezidenti Trayan Besesku Xalq Hərəkatı Partiyasının qurultayındakı çıxışında bildirib.

Məlumata görə, o, Moldovanın keçmiş prezidentləri Vladimir Voronin, Mixayu Gimpu və indki dövlət başçısı Nikolau Timofti ilə görüşlərində bunu təklif etdiyini söyləyib.

O, Rumıniyanın indiki prezidenti Klaus İohannisi avrozonaya daxil olmaqla bağlı mövqeyini tənqid edib: "Bundan gülməli heç nə düşünmək olmazdı. Ölkənin əsas hədəfinin Avropa İttifaqına üzv olması və bunun üçün öhdəlik götürülməsi başlıca məqsəd ola bilməz. Ölkənin əsas hədəfi Rumıniya ilə Moldovanın birləşməsi olmalıdır".

Qeyd edək ki, Moldovanın yeni baş naziri Valeri Strelets Rumıniya ilə Moldovanın birləşməsinin çox bahalı iş olduğunu bildirib: "Rumıniya bizim başlıca himayəçimizdir. Hazırda nə Buxarest, nə də Kişineu dövlətlərin birləşməsini qarşısına məqsəd qoymayıb". 

Son xəbərlər

Orphus sistemi