Yuxarı

Terrorçu PKK-nın Suriyadakı qolunun dəstəbaşçısı: “ABŞ-dan hərbi dəstək alırıq”

Salih Müslim: “ABŞ-la əməkdaşlığımız çox yaxşı şəkildə davam edir”

Bakı. 10 yanvar. REPORT.AZ/ Terrorçu PKK-nın Suriyadakı qolu PYD-nin dəstə başçılarından biri Salih Müslim ABŞ-dan dəstək aldıqlarını bildirib. 

“Report” "Kanal A Haber"ə istinadən verdiyi xəbərə görə, o, ABŞ-la əməkdaşlıq çox yaxşı şəkildə davam etdiyini söyləyib: "ABŞ Demokratik Suriya Qüvvələrinə (DSQ - PYD-nin nəzarət etdiyi qurum - “Report”) hərbi yardım edir. ABŞ-la DSQ arasında çox yaxşı əlaqə mövcuddur”.

Məlumatda bildirilib ki, PKK terror qruplaşması Suryanın şimalında PYD adı altında fəaliyyət göstərir. Bu terrorçu dəstə isə siyasi “təşkilat” kimi təqdim edilir. PKK-nın Suriyada fəaliyət göstərən başqa bir qanadı isə YPG-dir. Bu terrorçu qrupların ABŞ-la əlaqəsini quran isə aralarında ərəblərdən ibarət dəstələrin də olduğu DSQ-dir.

Qeyd edək ki, Türkiyə ABŞ-ı terrorçu PKK qruplaşmasının Suriya və İraqdakı qollarını, o cümlədən YPG və PYD-ni silah-sursatla təchiz etməkdə ittiham edir. Xəbərə əsasən, rəsmi Ankara ABŞ hakimiyyətinə bu iddianı təsdiqləyən sənədlər də təqdim edib. Rəsmi Vaşinqton isə bu iddiaları təkzib edir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi