Tbilisidə baş verən yanğın lokallaşdırıldı - YENİLƏNİB

Tbilisidə baş verən yanğın lokallaşdırıldı - YENİLƏNİB Tbilisidəki Mtatsminda dağının ətəyində baş verən yanğın lokallaşdırılıb.
Region
28 Fevral , 2020 20:45
Tbilisidə baş verən yanğın lokallaşdırıldı - YENİLƏNİB

Tbilisidəki Mtatsminda dağının ətəyində baş verən yanğın lokallaşdırılıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Fövqəladə Halların İdarə olunması Xidməti məlumat yayıb.

Yanğının söndürülməsinə 60-a yaxın yanğınsöndürən cəlb olunub. Alovun Mtatsminda parkının ərazisinə yayılmasının qarşısı alınıb. Yanğın zamanı xəsarət alan olmayıb.

Yanğınsöndürən briqada gecə ərzində yanğın zonasına nəzarət edəcək. 


***19:36

Tbilisinin mərkəzində Mtatsminda dağının ətəyində yanğın başlayıb.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, yanğın iki ocaqda qeydə alınıb.

Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub.

Son xəbərlər

Orphus sistemi