Tbilisidə paralel iki aksiya keçirilir, polis canlı sədd yaradıb

Tbilisidə paralel iki aksiya keçirilir, polis canlı sədd yaradıb Tbilisidə Gürcüstan parlamentinin binası qarşısında cinsi azlıq əleyhdarlarının etiraz mitinqi davam edir.
Region
8 İyul , 2019 20:06
Tbilisidə paralel iki aksiya keçirilir, polis canlı sədd yaradıb

Tbilisidə Gürcüstan parlamentinin binası qarşısında cinsi azlıq əleyhdarlarının etiraz mitinqi davam edir.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, həmin yerdə saat 19:00-da daxili işlər naziri Giorgi Qaxarianın istefası tələbi ilə növbəti 19-cu aksiya keçirilməli idi.

Aksiya iştirakçıları hazırda Puşkin meydanı ərazisində toplaşırlar. Rustaveli prospektində avtomobillərin hərəkəti dayandırılıb. Əraziyə əlavə polis qüvvələri cəlb olunub.

İki aksiya iştirakçıları arasında hər hansı bir insidentin baş verməsinin qarşısını almaq məqsədilə polis əməkdaşları və avtobuslardan ibarət sədd yaradılıb.

Gürcüstanın Daxili İşlər Nazirliyi tərəfləri aksiyaların zorakılıq xarakter almaması ilə bağlı xəbərdarlıq edib.

Son xəbərlər

Orphus sistemi