Tbilisidə Gürcüstan parlamentinin binası qarşısında cinsi azlıq əleyhdarlarının etiraz mitinqi davam edir.
“Report”un Gürcüstan bürosu xəbər verir ki, həmin yerdə saat 19:00-da daxili işlər naziri Giorgi Qaxarianın istefası tələbi ilə növbəti 19-cu aksiya keçirilməli idi.
Aksiya iştirakçıları hazırda Puşkin meydanı ərazisində toplaşırlar. Rustaveli prospektində avtomobillərin hərəkəti dayandırılıb. Əraziyə əlavə polis qüvvələri cəlb olunub.
İki aksiya iştirakçıları arasında hər hansı bir insidentin baş verməsinin qarşısını almaq məqsədilə polis əməkdaşları və avtobuslardan ibarət sədd yaradılıb.
Gürcüstanın