​Tbilisidə mədəniyyət sahəsində Aİ-nin Şərq Tərəfdaşlığı ölkələri üçün proqramlarının təqdimatı keçirilib

​Tbilisidə mədəniyyət sahəsində Aİ-nin Şərq Tərəfdaşlığı ölkələri üçün proqramlarının təqdimatı keçirilib 2015-2018-ci illəri əhatə edəcək dövr üçün Aİ-nin üç əsas proqramı təqdim olunub
Region
23 Sentyabr , 2015 12:38
​Tbilisidə mədəniyyət sahəsində Aİ-nin Şərq Tərəfdaşlığı ölkələri üçün proqramlarının təqdimatı keçirilib

Bakı. 23 sentyabr. REPORT.AZ/ Tbilisidə keçirilən konfransda, mədəniyyət sahəsində əməkdaşlıq və inkişafa dəstəyi nəzərdə tutan "Şərq tərəfdaşlığı" təşəbbüsü çərçivəsində Aİ-nin ilk proqramına start verilib. "Report" Gürcüstan KİV-lərinə istinadən xəbər verir ki, beynəlxalq konfrans Gürcüstanın Mədəniyyət və abidələrin mühafizəsi nazirliyində keçirilib. Burada "Şərq Tərəfdaşlığı" ölkələri üçün üç əsas proqramın təqdimatı baş tutub.

"Mədəniyyət və yaradıcılıq" adlı proqram "Şərq Tərəfdaşlığı" ölkələrinin mədəniyyət sahəsində inkişafına həsr olunub. Təqdimat mərasimi proqrama qatılan altı ölkə - Gürcüstan, Azərbaycan, Ermənistan, Belarus, Ukrayna və Moldova nümayəndələrinin iştirakı ilə keçirilib. Proqram 2015-2018-ci illəri əhatə edir.

COMUS proqramı tarixi şəhərlərin inkişafına və onların abadlaşdırılması üzrə yeni strategiyalara vətəndaş cəmiyyətinin cəlb olunmasından ibarətdir. Tbilisidə keçirilən konfransda "Şərq Tərəfdaşlığı" ölkələrindən olan şəhər merləri iştirak edib.

Aİ-nin üçüncü proqramı "Yaradıcı Avropa" adlanır. Bu proqram Avropa kinematoqrafiyasının inkişafı və mədəniyyətin yaradıcı sahələrinin, xüsusilə də ifacılıq və təsviri sənət, musiqi, kino, televiziya, video oyunlar industriyası kimi istiqamətlərin dəstəklənməsinə yönəlib. Proqram, həmçinin mədəni və dil dəyərlərinin müxtəlifliyini qorumaq məqsədini də daşıyır.

Son xəbərlər

Orphus sistemi