Tbilisidə daxili işlər naziri Giorgi Qaxarianın istefası tələbi ilə keçirilən avtomobil yürüşü
“Report”un Gürcüstan bürosu xəbər verir ki, aksiyaçılar siqnal verərək, fit çalaraq “Qaxaria get!” şüarı səsləndiriblər.
Aksiya iştirakçıları həmçinin DİN-in binasının dəmir hasarlarına rezin güllələrin təsviri olduğu və “Üzr istəyirəm?!” sözünün yer aldığı vərəqələr yapışdırıblar.
Analoji aksiya DİN-nin Kaxeti şossesindəki inzibati binasının önündə də keçirilib.
*** 14:19
Tbilisidə Birinci Respublika meydanından
“Report”un Gürcüstan bürosu xəbər verir ki, yürüş nazirliyin qarşısınadək davam edəcək və orada keçiriləcək aksiyada daxili işlər naziri Giorgi Qaxarianın istefası tələb olunacaq.
Hakim Gürcü Arzusu Partiyasının etirazçıların proporsional sistem üzrə parlament seçkilərinin keçirilməsi ilə bağlı tələbini yerinə yetirməsinə baxmayaraq, aksiya saat 19:00-da Gürcüstan parlamentinin binası qarşısında davam etdiriləcək. Aksiyaçılar bütün tələblər yerinə yetirilənə qədər etirazları davam etdirəcəklərini bildiriblər.
Qeyd edək ki, etirazçıların hələ qəbul olunmayan tələbləri daxili işlər nazirinin istefası və iyunun 20-də Tbilisidə keçirilən askiya zamanı saxlanılan 305 nəfərin azadlığa buraxılmasıdır.