Tbilisidə etirazlar yenidən başlayıb - VİDEO - YENİLƏNİB

Tbilisidə etirazlar yenidən başlayıb - VİDEO - YENİLƏNİB Aksiya iştirakçılarının sayının 5000 nəfərdən çox olacağı gözlənilir
Region
1 İyun , 2018 17:37
Tbilisidə etirazlar yenidən başlayıb - VİDEO - YENİLƏNİB
Report
0 : 00
0 : 00

Video əlavə olunub


*** 16:45

Tbilisi. 1 iyun. REPORT.AZ/ İki gündür Tbilisidə davam edən etiraz aksiyaları iyunun 1-də yenidən başlayıb.

"Report"un Gürcüstan bürosu xəbər verir ki, parlamentin qarşısında keçirilən aksiyada hazırda 1500-dək insan iştirak edir.

Onlar ölkənin məhkəmə-hüquq sisteminin yenidən qurulmasını, mövcud hakimiyyətin dəyişdirilməsini tələb edirlər.

Aksiya iştirakçılarının sayının artacağı və 5000 nəfərdən çox olacağı bildirilir.

Qeyd edək ki, 2017-ci il dekabrın 1-də Tbilisidəki Xorava küçəsində 51 saylı məktəbin iki şagirdi mübahisə zəmnində bıçaq yarası alıblar. Hər iki yeniyetmə elə həmin gün ölüb. Məhkəmə qətli törədənlərdən birinin cəzasını azaldıb, digərinə isə yungül cəza vermişdi. Həlak olan yeniyetmələrin valideynləri və yaxınları əvvəlcə Gurcüstan Baş Prokurorluğu qarşısinda aksiya keçiriblər. Baş prokurorun istefasından sonra aksiya parlamentin binası önündə davam edib.

Son xəbərlər

Orphus sistemi