Gürcüstan Prokurorluğu İnterpol əməkdaşına silahlı hücum faktını təsdiqləyib - YENİLƏNİB

Gürcüstan Prokurorluğu İnterpol əməkdaşına silahlı hücum faktını təsdiqləyib - YENİLƏNİB İnterpol əməkdaşlarının olduğu avtomobilə iki naməlum şəxs atəş açıb
Region
16 Fevral , 2017 16:24
Gürcüstan Prokurorluğu İnterpol əməkdaşına silahlı hücum faktını təsdiqləyib - YENİLƏNİB

Bakı. 16 fevral. REPORT.AZ/ Gürcüstan Prokurorluğu Tbilisidə İnterpol əməkdaşına silahlı hücum faktını təsdiqləyib.

Bu barədə "Report" Gürcüstan KİV-inə istinadən xəbər verir.

Gürcüstan Baş Prokurorluğunun mətbuat xidmətinin rəhbəri Natiya Suxişvilinin sözlərinə görə, İnterpolun Gürcüstan Milli Bürosunun baş müfəttişi Rostom Lortkipanidzeyə atəş açılıb.

O, hücum zamanı R.Lorkipanidzenin cavab atəşi açdığını, nəticədə bir nəfərin yaralandığını bildirib. İnterpolun əməkdaşı xəsarət almayıb.

Faktla bağlı istintaq aparılır.

***10:05

Gürcüstan paytaxtı Tbilisinin Şatberaşvili küçəsində İnterpol əməkdaşlarının olduğu avtomobil atəşə tutulub.

"Report" "İnterfaks"a istinadən xəbər verir ki, avtomobilə 2 naməlum şəxs atəş açıb. İnterpol əməkdaşlarından biri yaralanıb və xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, daha əvvəl beynəlxalq hüquq-mühafizə təşkilatının gürcüstanlı əməkdaşlarının Batumi hava limanında ABŞ vətəndaşını saxladığı bildirilib. ABŞ vətəndaşı Özbəkistanın tələbi ilə terror fəaliyyətində ittiham edilməklə beynəlxalq axtarışda olub.

Son xəbərlər

Orphus sistemi