Tbilisidə antiterror əməliyyatı zamanı 3 terrorçu öldürülüb, biri həbs olunub

Tbilisidə antiterror əməliyyatı zamanı 3 terrorçu öldürülüb, biri həbs olunub Gürcüstan Daxili İşlər Nazirliyinin əməkdaşları və xüsusi təyinatlı dəstənin 2 üzvü yaralanıb
Region
22 Noyabr , 2017 19:30
Tbilisidə antiterror əməliyyatı zamanı 3 terrorçu öldürülüb, biri həbs olunub

Tbilisi. 22 noyabr. REPORT.AZ/ Tbilisinin İsani-Samqori rayonu ərazisindəki Qabriel Salou prospektindəki yaşayış binasında həyata keçirilən antiterror əməliyyatı zamanı 1 terrorçu sağ ələ keçirilib, 3 nəfər öldürülüb.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bunu Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşı Nino Qiorqobiani keçirdiyi brifinqdə deyib.

Əməliyyat zamanı Gürcüstan Daxili İşlər Nazirliyinin əməkdaşları və xüsusi təyinatlı dəstənin 2 üzvü yaralanıb. Səhər saatlarında xüsusi təyinatlı dəstənin yaralanmış bir üzvü xəstəxanada ölüb.

Son xəbərlər

Orphus sistemi