Tbilisinin vitse-meri: “Gürcüstan və Azərbaycan xalqlarının dostluğu sarsılmazdır”

Tbilisinin vitse-meri: “Gürcüstan və Azərbaycan xalqlarının dostluğu sarsılmazdır” “Novruz bayramı münasibətilə Azərbaycan xalqını və Gürcüstanın azərbaycanlı vətəndaşlarını səmimi qəlbdən təbrik edirəm”.
Region
19 Mart , 2019 14:14
Tbilisinin vitse-meri: “Gürcüstan və Azərbaycan xalqlarının dostluğu sarsılmazdır”

“Novruz bayramı münasibətilə Azərbaycan xalqını və Gürcüstanın azərbaycanlı vətəndaşlarını səmimi qəlbdən təbrik edirəm”.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bunu Tbilisi şəhərinin vitse-meri İlya Eloşvili jurnalistlərə deyib.

Onun sözlərinə görə, Novruz ümumbəşəri bayramdır: “Təbiətin oyanması bizim azərbaycanlı vətəndaşlarımızı sevindirir və onların sevinc hissləri biz gürcülərə də ötürülür. Ən xoş arzularımla azərbaycanlı qardaşlarımızı Novruz bayramı münasibətilə təbrik edirəm”.

İ.Eloşvili bildirib ki, gürcü və Azərbaycan xalqlarının dostluğu sarsılmazdır: “İki xalq arasında isti və qardaşlıq münasibətləri bizə əcdadlarımızdan qalıb və biz də bu hissləri gələcək nəsillərimizə ötürəcəyik”. 

Son xəbərlər

Orphus sistemi