Yuxarı

Tbilisi meri metro işçilərinin tələblərinin yerinə yetiriləcəyinə söz verib

Tbilisi meri metro işçilərinin tələblərinin yerinə yetiriləcəyinə söz verib
Tbilisi şəhər meri Kaxa Kaladze

Bakı. 6 iyun. REPORT.AZ/ Tbilisi metrosunun maşinstləri iyunun 6-da saat 14.00-dan etibarən tətili dayandıracaqlar.

“Report” “Sputnik”ə istinadən xəbər verir ki, aksiya iştirakçıları daxili məsləhətləşmə nəticəsində belə bir qərar qəbul ediblər.

Maşinistlərin sözlərinə görə, Tbilisi şəhər meri Kaxa Kaladze onların maaşlarının artırılacağına söz verib və problemin həllinə dair məsuliyyəti üzərinə götürüb. Ancaq metro işçilərinin əməkhaqqlarının nə vaxtdan artırılacağı məlum deyil.

Qeyd edək ki, iyunun 4-dən Tbilisi metrosunun maşinstləri əmək haqqlarının artırılması tələbi ilə tətilə başlayıblar. Onlar tələbləri yerinə yetirilməyənədək işə çıxmayacaqlarını bildiriblər. Maşinsitlər maaşlarının 45 faiz artırılmasını tələb edirlər. Tbilisi metrosunun 500-ə yaxın işçisi iyunun 4-də başlayan etiraz tətilinə qoşulmuşdu. Məlumata görə, işçilərdən 140-ı aclıq aksiyası keçirmişdi.

Tətilin təşkilatçısı “Ertoba2013” Metro Maşinistlərinin Həmkarlar Təşkilatıdır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi