Yuxarı

Tbilisi hava limanında sərnişindaşıma 15% azalıb

​Tbilisi hava limanında sərnişindaşıma 15% azalıb

Bu ilin yanvar-oktyabr aylarında Gürcüstanın hava limanlarında 4 555 673 sərnişinə xidmət göstərilib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Hava Limanları Birliyi məlumat yayıb.

İllik müqayisədə bu göstərici 4% çoxdur.

Təkcə oktyabr ayında Şota Rustaveli adına Tbilisi beynəlxalq hava limanı istisna olmaqla, ölkənin bütün aeroportlarında sərnişin axınında artım qeydə alınıb. Hesabat ayında Gürcüstan paytaxtının hava limanı 284 442 sərnişinə xidmət göstərib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 15% azdır.

Tbilisi aeroportunda sərnişin axınında azalmaya səbəb iyulun 8-dən etibarən Rusiyanın Gürcüstana birbaşa aviauçuşları dayandırmasıdır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi