Yuxarı
    Bağlamaq

    ​Tatarıstanda yanğın nəticəsində ana və 5 uşağı ölüb

    Hadisə baş verən gecə ailənin 8 üzvündən 7-si evdə olub

    Bakı. 9 yanvar. REPORT.AZ/ Tatarıstanın Leninoqorsk rayonunun Starıy Kuvak kəndində gecə saatlarında baş verən yanğın nəticəsində ana və 5 uşaq ölüb.

    "Report" TASS-a istinadən xəbər verir ki, bu haqda yerli fövqəladə hallar idarəsi mətbuat xidmətinin rəhbəri Aldrey Rodıgin bildirib.

    Məlumata görə, yanğın baş verən gecə ailənin 8 üzvündən 7-si evdə olub.

    "1968-ci ildə anadan olmuş ailə başçısının bədəninin 75 faizi yanıb. O, yerli xəstəxanaya yerləşdirilib. 5 uşaq və onların anası isə yanğın nəticəsində ölüb", - Rodıgin vurğulayıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi