Bakı. 9 yanvar. REPORT.AZ/ Tatarıstanın Leninoqorsk rayonunun Starıy Kuvak kəndində gecə saatlarında baş verən yanğın nəticəsində ana və 5 uşaq ölüb.
"Report" TASS-a istinadən xəbər verir ki, bu haqda yerli fövqəladə hallar idarəsi mətbuat xidmətinin rəhbəri Aldrey Rodıgin bildirib.
Məlumata görə, yanğın baş verən gecə ailənin 8 üzvündən 7-si evdə olub.
"1968-ci ildə anadan olmuş ailə başçısının bədəninin 75 faizi yanıb. O, yerli xəstəxanaya yerləşdirilib. 5 uşaq və onların anası isə yanğın nəticəsində ölüb", - Rodıgin vurğulayıb.