​Suriyada İranın daha 6 hərbçisi öldürülüb

​Suriyada İranın daha 6 hərbçisi öldürülüb Onların cənazələri fevralın 4-də İrana aparılacaq
Region
3 Fevral , 2016 11:53
​Suriyada İranın daha 6 hərbçisi öldürülüb

Bakı. 3 fevral. REPORT.AZ/ İran İnqilab Keşikçiləri Qvardiyasının 6 silahlısı Suriyanın Hələb şəhərində öldürülüb.

"Report" xəbər verir ki, bu haqda İran KİV-i məlumat yayıb.

Məlumata görə, qvardiyaçılar - Mehdi Kuçekzadə, Seyyid Əlizadə, Həsən Rəzzaki, höccətülislam şeyx Mustafa Xəlili, Həbib Rəhimiməneş və Mahmud İsgəndəri döyüş zamanı öldürülüblər.

İnformasiyada bildirilib ki, onların cənazələri fevralın 4-də İrana aparılacaq və müxtəlif şəhərlərdə dəfn ediləcək.

Son xəbərlər

Orphus sistemi