Bakı. 3 fevral. REPORT.AZ/ İran İnqilab Keşikçiləri Qvardiyasının 6 silahlısı Suriyanın Hələb şəhərində öldürülüb.
"Report" xəbər verir ki, bu haqda İran KİV-i məlumat yayıb.
Məlumata görə, qvardiyaçılar - Mehdi Kuçekzadə, Seyyid Əlizadə, Həsən Rəzzaki, höccətülislam şeyx Mustafa Xəlili, Həbib Rəhimiməneş və Mahmud İsgəndəri döyüş zamanı öldürülüblər.
İnformasiyada bildirilib ki, onların cənazələri fevralın 4-də İrana aparılacaq və müxtəlif şəhərlərdə dəfn ediləcək.