BMT Təhlükəsizlik Şurası Suriya əleyhinə qətnamə qəbul edib

BMT Təhlükəsizlik Şurası Suriya əleyhinə qətnamə qəbul edib Sənəd beynəlxalq sanksiyaların tətbiqi ilə yanaşı, hərbi gücdən istifadəyə də icazə verir
Region
7 Mart , 2015 10:20
BMT Təhlükəsizlik Şurası Suriya əleyhinə qətnamə qəbul edib

Bakı. 7 mart. REPORT.AZ/ BMT Təhlükəsizlik Şurası Suriyada gedən döyüşlərdə xlor və digər zəhərli maddələrin tətbiqini pisləyən və özündə sərt tədbirləri ehtiva edən qətnamə layihəsini səs çoxluğu ilə qəbul edib.

"Report"un "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, sənədi BMT TŞ-nin 15 üzvündən 14-ü dəstəkləyib, yalnız Venesuela bitərəf qalıb.

Suriyaya qarşı beynəlxalq sanksiyaların tətbiqinə və hərbi gücdən istifadəyə icazə verən qətnamə BMT Xartiyasının 7-ci bölməsi altında qəbul edilib.

Qeyd edək ki, sənəd Kimyəvi Silahların Qadağan Edilməsi Beynəlxalq Təşkilatının (KSQEBT) Suriyada gedən döyüşlərdə xlor və digər zəhərli maddələrin istifadəsinə dair hesabatının ardından hazırlanıb. 

Son xəbərlər

Orphus sistemi