Yuxarı

Suriya Demokratik Qüvvələrindən yüz ərəb Türkiyəyə təslim olub

Bizi Türkiyəyə qarşı döyüşməyə təhrik etməyin

Bakı. 3 sentyabr. REPORT.AZ/ "Bizi Türkiyəyə qarşı döyüşməyə təhrik etməyin".

"Report" "Haber7"yə istinadən xəbər verir ki, bunu terrorçu PKK qruplaşmasının Suriyadakı qolu PYD-nin başçılıq etdiyi Suriya Demokratik Qüvvələri (SDQ) sıralarında azlıqda olan ərəblər bildiriblər.

Məlumata görə, SDQ-nin sıralarındakı 100 ərəb Türkiyə Silahlı Qüvvələrinə təslim olub.

Onlar Suriyanın Haseke bölgəsindən Türkiyəyə sığınaraq bildiriblər: "Biz Türkiyə yox, İŞİD və Bəşşar Əsədə qarşı döyüşmək istəyirik. Bizi Türkiyəyə qarşı döyüşməyə təhrik etməyin".

Məlumata görə, ərəblərdən ibarət "Əhrar Rakka" adlı qrup da PKK ilə ixtilaf səbəbindən SDQ-dən ayrılıb.

Xəbərdə qeyd olunub ki, SDQ-ni ABŞ yaradıb. Orada ərəb, türkmən, başqa etnik qruplar və dinlərin təmsilçilərinin olduğu iddia edilsə də, təşkilatı əsasən PKK və onun Suriyadakı qolları idarə edir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi