Bakı. 11 aprel. REPORT.AZ/ Stavropolda terror əleyhinə əməliyyat rejimi tətbiq edilib. "Report" TASS-a istinadən xəbər verir ki, bu, rayon polis idarəsinə edilmiş hücumla bağlıdır.
"Hadisədə terror hücumunun bütün nişanələri var" - hüquq-mühafizə orqanlarındakı mənbə bildirib. Hələlik polis idarəsinə hücum edənlərin şəxsiyyəti müəyyənləşdirilməyib.
Hazırda Stavropol diyarının hakimiyyəti bütün sosial müəssisələri - xəstəxanaları, məktəb və bağçaları sutkaboyu qoruyur və kütləvi tədbirləri ləğv edilib.